evin sirrini vermək

to wash one’s dirty linen in public / to tell tales out of school / to foul one’s own nest / to cry stinking fish / to carry tales out of school выносить сор из избы (разглашать ссоры, дрязги, происходящие между близкими людьми)
evin kişisi olmaq (evə rəhbərlik etmək, qadın haqqında)
evi(n) tikilsin
OBASTAN VİKİ
Sitat vermək hüququ
Sitat vermək hüququ (ing. Right to quote) — müəllif hüquqları ilə qorunan materialdan icazəsiz müəyyən məhdudiyyətlər daxilində sitat gətirmək hüququnu ifadə edir. Bu hüquq əsasən ədalətli istifadə (ing. fair use) və ya ədalətli rəftar (ing. fair dealing) prinsipləri çərçivəsində tətbiq olunur. Sitat vermək hüququ, elmi, tədqiqat və ya tənqidi əsərlərdə mənbə materiallarından sitat gətirməyə imkan verir, eyni zamanda orijinal müəllifin hüquqlarını qorumaq üçün bəzi qaydalara əməl edilməsini tələb edir. == Əsas xüsusiyyətləri == Sitat vermək hüququ müəllif hüquqları ilə qorunan materialın kiçik hissələrinin istifadə olunmasına icazə verir. Məqalələrdə, kitablar və ya tədqiqat işlərində mənbələrin dəqiq şəkildə göstərilməsini təmin etmək məqsədi daşıyır. Sitatın ölçüsü və miqyası, istifadə olunan mətnin məqsədinə uyğun olmalıdır və əsərin əsas məzmununu kopyalamaq məqsədini daşımamalıdır. Sitat vermək hüququndan istifadə edərkən, istifadə olunan mətnin orijinal müəllifi və mənbə dəqiq şəkildə göstərilməlidir.
Saatlı evin sirri
Saatlı evin sirri (ing. The House with a Clock in Its Walls) — 1973-cü ildə John Bellairsin eyniadlı romanı əsasında rejissor Eli Rothun çəkdiyi 2018-ci il Amerika fantastik komediya filmidir. Baş rolları Jack Black, Cate Blanchett, Owen Vaccaro, Renee Elise Goldsberry, Sunny Suljic və Kyle MacLachlan canlandırıb. Film qapıları cırıldayan köhnə bir evdə əmisi Jonathanla yaşamağa göndərilən Lewis adlı gənc oğlandan bəhs edir. Tezliklə bir zamanlar pis sehrbazın yaşadığını öyrənir. Universal Pictures filmi 21 sentyabr 2018-ci ildə ABŞ-da nümayiş etdirdi və film dünya üzrə 131 milyon dollardan çox gəlir əldə etdi. Filmin aktyor heyətini yüksək qiymətləndirərək, lakin filmin öz potensialına tam cavab vermədiyini söyləyən tənqidçilərdən əsasən müsbət rəylər aldı. 1955-ci ildə valideynləri avtomobil qəzasında ölən on yaşlı Lyuis Barnavelt Michigan ştatının New Zebedee şəhərində əmisi Jonathanla yaşamağa gəlir. Ailəsindən qalan yalnız ona hədiyyə etdikləri Magic 8-Ball və ailə şəklidir. Yeni evinə girdikdən sonra Jonathanın qonşusu və ən yaxşı dostu Florens Zimmermanla tanış olur.
Böyük evin kiçik sahibəsi
Böyük evin kiçik sahibəsi (ing. The Little Lady of the Big House) — Cek Londonun 1915-ci ildə yazdığı roman. Roman öz dövründə çoxlu tənqidə məruz qalır. ing. Clarice Stasz yazırdı ki, həqiqətə uyğun gəlməyən, 1915-ci il mənəviyyatı üçün çox erotik və açıq-saçıq görünən bu əsər viktorian təvazükarlığı və sentimentallığı qarşısında çox acizdir. Bu əsər romantik ədəbiyyatın tipik "məhəbbət üçbucağı" mövzusunda yazılmışdır. Bölüşülməmiş eşq, qısqanclıq, "poliamoriya" — eşqə, məhəbbətə olan etik nəzərlər romanın əsas qayəsini təşkil edir. Əsərdə Cek Londonun böyük nasirliyi, gözəl təsvir etmə ustalığına malik olması, yaşadığı dövrdə dünyada baş verən mühüm hadisələr, elmi-tərəqqi və təsərrüfat işləri haqqında dərin biliklərə yiyələnməsi bir daha təsdiqlənməkdədir. Beləki romanda bütün hadisələr, personajların xarakter və görkəmləri, təbi mənzərələr, təsərrüfat işləri böyük bir ustalıqla incəliklərinə qədər təsvir edilir. Tənqidçilər isə romanı "başdan ayağa qədər seks" ədəbsizlik kimi qiymətləndirərək onu "erotomaniya" adlandırırdılar.
Evin kişisi (film, 1978)
== Məzmun == Mövzusu müasir kənd həyatından götürülmüş bu filmdə gənclərin məhəbbətindən, məhəbbətə xəyanətdən, insan mənəviyyatının təmizliyindən bəhs olunur. == Film haqqında == Film yazıçı İsi Məlikzadənin povesti əsasında ekranlaşdırılmışdır. Film quruluşçu operator Kənan Məmmədovun bədii kinoda ilk işidir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: İsi Məlikzadə Quruluşçu rejissor: Tofiq Tağızadə Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Əsəd Əsədov Rejissor: Əşrəf Mamayev Montaj: Tamara Nərimanbəyova Geyim rəssamı: A. Əliyev Qrim rəssamı: Firuzə İsmayılova Rejissor assistentləri: Adil İsmayılov, Ş. Əliyeva Operator assistentləri: T. Əlizadə, A. Dadaşov İşıq ustası: Məhəmməd Hacıyev Redaktor: Çingiz Qaryağdı Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Filmin direktoru: Nəriman Axundov === Rollarda === Elza Beaşimova — Əntiqə Fərhad İsrafilov — Rövşən Ömür Nağıyev — Pənah Barat Şəkinskaya — Rövşənin anası Sadıq Hüseynov S. Rəsulova Məlik Dadaşov Əliağa Ağayev Sofa Bəsirzadə Əliabbas Qədirov — Mansur M. Sadıxov Zemfira Sadıqova — Ana Hacı İsmayılov — balıqçı B. Əliyev M. Kərimov A. Quliyev Ötkəm İsgəndərov == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 414.
Tənha evin yaşlı qadını
Tənha evin yaşlı qadını (一つ家の鬼婆, Hitotsuya no uba) və ya Asaciqahara ifritəsi (浅茅ヶ原の鬼婆, Asaciqahara no onibaba) – Yaponiya folklorunda əfsanə. Əfsanəyə görə VI əsrdə Senso məbədinin yerləşdiyi ərazi Asaciqahara adı ilə tanınırdı. İnsanların seyrək məskunlaşdığı bu ərazidən keçən yolçular qaranlıq düşəndə azmamaq və soyulmamaq üçün göl qırağında yerləşən köhnə bir daxmada gecələməli olurdular. Daxmanın sahibləri "İfritə" kimi tanınan yaşlı qadın və onun qızı idilər. Yaşlı qadın evində gecələməyə gələn yolçuları yuxularında öldürü, başlarını bir daş parçası ilə əzir, pullarını oğurlayırdı. Daha sonra cəsədlərini gölə atırdı. Qızı isə onun bu etdiklərindən dəhşətə düşürdü. Yaşlı qadının qurbanlarının sayı 999-a çatandan sonra bir gün bir uşaq gecə onun daxmasında gecələməyə gəlir. Həmişəki kimi yaşlı qadın heç bir tərəddüd etmədən onun başını daşla əzir və öldürür. Lakin öldürdüyü şəxsin əslində öz qızı olduğunu görür.
Beşmərtəbəli evin altıncı mərtəbəsi (roman)
Beşmərtəbəli evin altıncı mərtəbəsi — 1974–1978-ci illərdə Azərbaycanını görkəmli yazıçısı Anar tərəfindən yazılmış roman. Yazıçı bu əsəri böyük ədib Cəlil Məmmədquluzadənin əziz xatirəsinə ithaf edərək qələmə almışdır. "Beşmərtəbəli evin altıncı mərtəbəsi" kitabına "Ağ liman" povesti və "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı daxildir. Oxucuların diqqətini maraqla cəlb edən bu əsər rus, özbək, qazax dillərinə tərcümə olunmuş, Polşa, Macarıstan və Bolqarıstanda ayrıca kitab kimi nəşr olumuşdur. 2004-cü ildə Günel Anarqızının yazdığı "Altıncı" povesti bir növ bu iki əsərin davamı kimi görünsə də, bu mövzuları tamamilə yeni, gözlənilməz və çağdaş bucaqdan işıqlandırır. == Qısa məzmunu == Ağ liman Bu povestdə əxlaqi problemlər qaldırılır, insanın həyatda öz yerini tapa bilməsi, məzmunlu və dolğun ömür sürməsi, insanlar arasında ünsiyyət, ülfət məsələlərindən bəhs olunur. Mənəvi boşluq damğalanır. Beşmərtəbəli evin altıncı mərtəbəsi Bir növ "Ağ liman" povestinin davamı olsa da, müstəqil əsərdir. "Ağ liman"da da olan Təhminə və Zaur bu romanın mərkəzində dayanırlar. Əsərdə onların məhəbbətindən, həqiqi hissin qorunub saxlanılmasının vacibliyindən söz açılır.
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film)
Beşmərtəbəli evin altıncı mərtəbəsi — 1996-cı ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmun == Filmin qəhrəmanları Zaurla (Elxan Cəfərov) Təhminədir (Sənubər İsgəndərli). Lakin onlar bir-birilərinə heç də vaxtında rast gəlməyiblər. Təhminə ərdədir, Zaurun ailəsi isə oğullarının evli qadınla birgə olmalarına qəti qarşıdırlar. Bütün etirazlara baxmayaraq onlar bir-birilərini dəlicəsinə sevirlər. Hər şeyin bir sonu olduğu kimi bu məhəbbətin də sonu vardır, lakin belə son heç Zaurun ağlına da gəlməzdi... == Film haqqında == Film Anarın eyniadlı romanının motivləri əsasında çəkilmişdir. Bu, Anarın əsərinə ikinci ekran müraciətidir. Birinci film rejissor Rasim Ocaqovun çəkdiyi "Təhminə" filmidir.
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
Beşmərtəbəli evin altıncı mərtəbəsi — 1996-cı ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmun == Filmin qəhrəmanları Zaurla (Elxan Cəfərov) Təhminədir (Sənubər İsgəndərli). Lakin onlar bir-birilərinə heç də vaxtında rast gəlməyiblər. Təhminə ərdədir, Zaurun ailəsi isə oğullarının evli qadınla birgə olmalarına qəti qarşıdırlar. Bütün etirazlara baxmayaraq onlar bir-birilərini dəlicəsinə sevirlər. Hər şeyin bir sonu olduğu kimi bu məhəbbətin də sonu vardır, lakin belə son heç Zaurun ağlına da gəlməzdi... == Film haqqında == Film Anarın eyniadlı romanının motivləri əsasında çəkilmişdir. Bu, Anarın əsərinə ikinci ekran müraciətidir. Birinci film rejissor Rasim Ocaqovun çəkdiyi "Təhminə" filmidir.